Altıqat Olimpiya çempionu karyerasını başa vurub
Bakı, 26 fevral, AZƏRTAC
Qadın basketbolçulardan ibarət ABŞ millisinin üzvü olan altıqat Olimpiya çempionu Diana Taurasi karyerasını başa vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə 42 yaşlı idmançı özü məlumat verib.
O, yeni mövsümə hazırlaşmaq üçün enerjisinin qalmadığını etiraf edib: “Artıq gücüm yoxdur. Bunu hiss edəndə başa düşdüm ki, getməyin vaxtıdır. Fiziki və mənəvi cəhətdən yorğunam. Mən idmandan doymuşam və xoşbəxtəm".
Qeyd edək ki, Diana Taurasi komanda idman növləri üzrə yeganə altıqat Olimpiya və üçqat dünya çempionudur. Bununla da o, Olimpiadada ən çox medal qazanan basketbolçu adına sahib çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]