AMEA-da islahatların əsas istiqamətlərindən biri süni intellektin elmi tədqiqatlarda tətbiqidir
Bakı, 13 noyabr, AZƏRTAC
Dövlətimizin başçısının AMEA-nın 80 illik yubiley yığıncağında iştirakı və çıxışı Azərbaycan aliminə, elminə, ziyalısına və Milli Elmlər Akademiyasına diqqətin ifadəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin “Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində qarşıya qoyduğu vəzifələr” mövzusunda növbəti iclasında söyləyib.
“Prezident İlham Əliyev XXI əsrin çağırışları işığında qarşımızda vəzifələr qoydu və fəaliyyət istiqamətlərimiz üçün yeni üfüqlər açdı. Dövlətimizin başçısı IV Sənaye İnqilabının əsas çağırışlarından olan süni intellekt, texnoloji inkişaf və kibertəhlükəsizliklə bağlı Azərbaycan elmi və Akademiya qarşısında vəzifələr qoydu”, - deyən akademik İsa Həbibbəyli qeyd edib ki, son illərdə AMEA-da həyata keçirilən islahatların əsas istiqamətlərindən biri də elektron xidmətlərin genişləndirilməsi və süni intellektin imkanlarından elmi tədqiqatlarda istifadəsi olub. AMEA rəhbəri diqqətə çatdırıb ki, 2023-cü ildə bununla bağlı olaraq Rəyasət Heyəti aparatında Elektron Akademiya şöbəsi yaradılıb. Bu il həmin struktur Rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsi adlandırılıb. AMEA-nın 3 jurnalı Türkiyənin “Ulakbim-DərgiPark” bazasına daxil olub, şöbənin əməkdaşları tərəfindən Milli İstinad Sistemi yaradılıb, reytinq meyarları müəyyənləşdirilib və proses davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [18:31]
Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar
- 06.02.2026 [15:55]
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
- 06.02.2026 [14:46]
BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək
- 06.02.2026 [13:08]
BDU “İlin alimi” müsabiqəsi elan edir
- 06.02.2026 [11:41]
Son 5 ildə peşə təhsilinə qəbul olunan ən yaşlı tələbənin neçə yaşı olub?
- 06.02.2026 [11:36]
Xaqani Şirvani və Azərbaycan lirik poeziyasının tarixi qaynaqları
“GəncVİZYON” ideyatonu keçirilib
- [18:30]
Fransa ordunu gücləndirir
- [17:18]
“Beşiktaş”dan növbəti transfer
- [17:10]
Türkiyədə zəlzələ olub
- [15:41]