AMEA-nın Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş yığıncaq keçirilmişdir
Bakı, 15 yanvar (AZƏRTAC). Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş yığıncaq keçirilmişdir.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktor əvəzi, filologiya üzrə elmlər doktoru Paşa Kərimov 24 il əvvəl keçmiş sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışmışdır. Bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azadlıq mübarizəsinə qalxmış günahsız insanlar sovet qoşunları tərəfindən ağır texnika və avtomat silahlarla güllə-baran edilmiş, qanlı faciə törədilmişdir. Lakin bu qanlı aksiya insanları azadlıq mübarizəsindən çəkindirməmiş, əksinə 20 Yanvar faciəsi zamanı tökülmüş qan Azərbaycanın müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxmış azadlıq mücahidlərinin simvoluna çevrilmişdir.
İnstitutun şöbə müdirləri Mehri Məmmədova, Kamandar Şərifov və başqaları 20 Yanvar faciəsi qurbanlarının Azərbaycanın istiqlaliyyəti yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]