Anadolu agentliyinin idarə heyətinin yeni tərkibi seçilib
Ankara, 7 aprel, AZƏRTAC
Türkiyənin əsas media qurumlarından olan Anadolu agentliyinin altı il vəzifədə olan idarə heyətinin üzvləri dəyişib.
AZƏRTAC xəbər verir ki, Şenol Kazancının rəhbərlik etdiyi idarə heyətinin vəzifə müddəti başa çatıb. Bununla bağlı keçirilən iclasda Serdar Karagöz, Yusuf Özkır, Hasan Nuri Yaşar, İsmail Çağlar və Büşra Karaduman Aktuna idarə heyətinin üzvləri seçiliblər. Daha sonra yeni rəhbərliyin iclasında Serdar Karagöz Anadolu agentliyinin idarə heyətinin sədri və Baş direktoru seçilib.
Vəzifəsini Serdar Karagöza təhvil verən Şenol Kazancı altı il ərzində Anadolu agentliyinin uğuru üçün gərgin əmək sərf etdiklərini bildirərək göstərilən dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]