“Anadolu Efes” tarixində 13-cü dəfə Türkiyə Superkuboku yarışının qalibi olub
Bakı, 30 sentyabr, AZƏRTAC
Ankarada basketbol üzrə Türkiyə Superkuboku yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Prezident kuboku” adı altında tarixdə 36-cı dəfə təşkil edilən yarışda son çempion “Fənərbağça” ilə “Anadolu Efes” üz-üzə gəlib.
İlk hissədə “Anadolu Efes” təşəbbüsü alıb. Ardıcıl dəqiq üçlüklərlə rəqibini çətin vəziyyətə salan “Anadolu Efes” fasiləyə 19 xal fərqli üstünlüklə yollanıb. İkinci hissədə “Fənərbağça” təzyiqi artırıb. ÇSKA-nın sabiq baş məşqçisi Dimitris İtudisin başçılığı altında debüt oyununda İstanbul təmsilçisi fərqi azaltsa da, məğlubiyyətdən xilas ola bilməyib.
Görüş “Anadolu Efes”in 71:62 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Anadolu Efes” tarixində 13-cü dəfə Türkiyə Superkuboku yarışının qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]