ANAMA KURSANTLARA SERTİFİKATLAR VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Xanlardakı regional bazasında kursları bitirmiş məzunlara sertifikatlar təqdim olunmuşdur.
Kursu müvəffəqiyyətlə bitirən istehkamçılar qaçqınlar və məcburi köçkünlər üçün Füzuli rayonu ərazisində salınacaq qəsəbə üçün 1900 hektar sahəni minalardan təmizləyəcəklər. Bu məqsədlə göndəriləcək briqada lazımi texnika, təlim keçmiş it və digər ləvazimatla təmin olunacaqdır.
Proses bir il ərzində başa çatdırılacaqdır.