ANAMA: Ötən həftə 104 mina və 1445 partlamamış hərbi sursat zərərsizləşdirilib
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 17-22 iyun tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 70, tank əleyhinə 34 mina və 1445 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin həftə ərzində 1420.9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [21:27]
Finlandiyada Zəfər Günü qeyd olunub
- 02.11.2026 [21:00]
Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır
- 02.11.2026 [19:11]
Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib
- 02.11.2026 [19:07]