Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Allahverdiyev: “Vüqar Həşimov” klubunun uğurlarının əsasında komanda ruhu və qələbə əzmi dayanır

Anar Allahverdiyev: “Vüqar Həşimov” klubunun uğurlarının əsasında komanda ruhu və qələbə əzmi dayanır

Bakı, 12 sentyabr, AZƏRTAC

Oktyabrın 2-dən 10-dək Avstriyada şahmat üzrə klublararası Avropa kuboku yarışı keçiriləcək. Ötən il analoji yarışda bürünc medal qazanan “Vüqar Həşimov” komandası bu il də turnirdə ölkəmizi təmsil edəcək. Vüqar Həşimov Fondunun direktoru, Əməkdar məşqçi Anar Allahverdiyev yarışa hazırlıq, heyətin potensialı və rəqiblər barədə AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

-“Vüqar Həşimov” komandası ciddi sınaq ərəfəsindədir. Komanda klublararası Avropa kubok yarışında iştirak edəcək. Turnir üçün heyət formalaşdırılıbmı? Əgər heyət hazırdırsa seçim edərkən hansı amillərə üstünlük verdiniz?

“Vüqar Həşimov” şahmat klubu artıq dördüncü dəfədir klublararası Avropa kuboku yarışında iştirak edəcək. Keçən il mötəbər yarışda komandamız mükafatçılar sırasına düşdü və bürünc medal qazandı. Artıq yarış üçün heyətimiz tam formalaşıb. Heyətdə müəyyən dəyişikliklər olub. Belə ki, ötən yarışda heyətdə perspektivli şahmatçı Aydın Süleymanlı çıxış edirdi. Bu il o, superturnirə dəvət alıb. Şahmatçı bu dəvəti təxminən iki-üç il əvvəl “Aeroflot Open" turnirin qalibi kimi qazanıb. Bu səbəbdən onun yerinə başqa şahmatçı götürməli olduq. Seçim edərkən əsas üstünlüyü gənc şahmatçılara verdik. Klubda iki gənc şahmatçı var ki, onlardan biri Misrəddin İsgəndərovdur. Misrəddinin yaşı çox olmasa da, biz onu təcrübəli bir şahmatçı kimi tanıyırıq. Stabil olaraq son illər yüksək nəticələr göstərir. Təxminən 2600 əmsala malikdir. Azərbaycan çempionatında da çox yaxşı çıxış edib. Digər gənc şahmatçımız isə Xəzər Babazadədir. O, 2005-ci ildə anadan olub, 18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionudur, beynəlxalq ustadır. Respublikanın ən perspektivli gənclərindən sayılır.

Biz yenə öz konsepsiyamızı gənclərdən ibarət şahmatçıları heyətə dəvət edərək formalaşdırırıq. Konsepsiyamızın əsas məqsədi gənc şahmatçılara şərait yaratmaq və onların böyük turnirlərdə iştirakını təmin etməkdir. Çünki onlar həm maliyyə, həm də əmsal baxımdan belə turnirlərə dəvət ala bilmirlər. Kubok yarışında ilk çıxışımız zamanı Əhməd Əhmədzadə və Aydın Süleymanlının təxminən 14-15 yaşları var idi. Çox gənc idilər. Ancaq buna baxmayaraq, biz uğura imza atdıq və gözəl nəticələr əldə etdik.

Komandanın lideri kifayət qədər tanınmış qrosmeyster, üçqat Avropa çempionu və komandanı birləşdirən Rauf Məmmədovdur. İkinci lövhədə bizdə oynayan Kiril Şevçenkodur. Şahmatçını ötən il heyətə dəvət etmişdik. Kiril özü əslən bakılıdır. Onun anası və nənəsi uzun müddət Bakıda yaşayıblar. O, keçən il çox gözəl oyun nümayiş etdirdi. Heyətdə yer alan M.İsgəndərov və Vüqar Əsədli də güclü şahmatçılardır. Heyətdə Ülvi Sadıqov, Ə.Əhmədzadə və X.Babazadə də mübarizə aparacaqlar.

-Komanda ötən turnirdə mükafatçılar sırasında yer aldı. Komandanın cari yarış üçün potensialını necə dəyərləndirirsiniz? Hədəflərinizi açıqlayardınız?

Bu il də komandamızda iddialı şahmatçılar var. Ümumiyyətlə, klubumuzun iddiaları hər zaman ən yüksək nəticələr qazanmaq olub. Avropa kuboku yarışı üçün hədəflərimiz gözəl oyun nümayiş etdirmək, yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Onu da bilirik ki, idmanda hər şey ola bilir və indidən hansısa proqnoz vermək düzgün olmaz. Təbii ki, hər bir şahmatçı, hər bir idmançı çalışır medallar uğrunda mübarizə aparsın və ən yüksək yerlərə layiq görülsün. Artıq necə olacağını və hansı yerləri fəth edəcəyimizi zaman göstərəcək. Ancaq biz əlimizdən gələni edəcəyik. Düşüncəmiz keçən ilki nəticəni dəyişmək, daha böyük qələbəyə və uğura imza atmaqdır.

-Anar müəllim, zəhmət olmasa hazırlıq barədə danışardınız. Komandanın mötəbər yarış üçün hazırlıq planı müəyyənləşibmi?

Komandamızın şahmatçıları peşəkarlardır. Onları bir yerə toplamaq çox çətindir. Belə ki, onların yarışları, çox sıx qrafikləri var. Buna baxmayaraq biz təlim-məşq toplanışı nəzərdə tutmuşuq. Şahmatçılar özləri də fərdi şəkildə müəyyən plan üzrə hazırlaşırlar. Biz mütəmadi olaraq biri-birimizlə əlaqə saxlayırıq.

-Rəqiblər barədə nə deyə bilərsiniz? Analiz və müşahidələriniz barədə məlumat verərdiniz?

Builki rəqiblər daha möhtəşəmdir. İldən-ilə rəqiblərimizin həm gücü, həm də yarışda rəqabəti artır. Keçən il olduğu kimi, bu il də norveçli dünya çempionu Maqnus Karlsen yarışa qatılacaq. Əlavə olaraq bu il tanınmış fransalı qrosmeyster Maksim Vaşye-Laqrav da mübarizə aparacaq. Keçən il Şəhriyar Məmmədyarov da iştirakçılar sırasında yer almışdı. Bu turnir məşhur şahmatçılarla zəngin olur və adətən əmsalı 2700-dən artıq olan bir neçə zəka sahibi qatılır. Digər şahmatçılar da yüksək peşəkarlıqları ilə seçilirlər. Hər bir komanda çalışır yüksək yerlər tutsun.

Klublararası Avropa kuboku yarışı çox mühüm yarışdır və burada çox klub iddialıdır. Kollektivlər daha yaxşı oyunçuları əldə edirlər ki, yüksək mükafatçılar sırasında yer alsınlar. Bizim klubun özəlliyi özünün ideyası, fikri və fəlsəfəsi ətrafında toplaşmasıdır. Bu komanda Vüqar Həşimovun adını daşıyır. O, dünyanın ən güclü şahmatçılarından biri idi. Hər zaman arzu edirdi ki, Azərbaycanda klub yaransın və güclü şahmatçılar həmin kollektivdə çıxış etsin. Vüqar Həşimov Fondu olaraq bu arzunu həyata keçirməyə çalışırıq. Adətən digər komandalarda ilk öncə şahmatçıların maliyyə məsələsi ödənilir və sonra onlar oyuna çıxırlar. Amma bizim komandada isə iştirakçılar sırf ideya, Azərbaycan şahmatı və klubun adı üçün birləşib, gözəl nəticəyə imza atmaq istəyirlər.

-Anar müəllim, komandanın qadınlardan ibarət heyətinin formalaşdırılması nəzərdə tutulubmu?

Biz qadın komandaları haqqında gələcək zaman üçün düşünürük. Təbii ki, bu proses gedir. Ola bilər ki, yaxın illərdə biz qadın komandalarını təşkil edək. Bilirsiniz ki, biz bu ilin iyulunda Vüqar Həşimovun xatirəsinə həsr olunmuş böyük bir turnir keçirdik. Mükafat fondu 15 min manat olan “Open” turnirdə gənc və güclü şahmatçılar iştirak etdilər. Yarışda inamlı çıxış edən Xəzər Babazadə bütün rəqiblərini qabaqlayaraq birinci oldu. Avropa kuboku yarışı üçün heyət formalaşdırılanda “Open” turnirin qalibi kimi X.Babazadəni komandaya cəlb etməyi məqsədəuyğun saydıq.

Ölkə şahmatında həmişə fəal olmuşuq və hər zaman da bu aktivliyi davam etdirəcəyik. Klubun uğurlarının əsasında komanda ruhu, qələbə əzmi, istək və insanları birləşdirən ideya dayanır. Əksər şahmatçılar, şagirdlər, məşqçilər bu ideyaya, ilk növbədə, maliyyə marağı ilə deyil, məhz Vüqar Həşimov adını ucaltmaq məqsədi ilə yanaşırlar. Bu da hər zaman çox gözəl nəticə verən bir faktordur.

-“Vüqar Həşimov” komandası son dövrdə yerli və beynəlxalq turnirlərdə uğurlu çıxışı ilə diqqət mərkəzindədir. Vüqar Həşimov Fondunun rəhbəri kimi əldə olunan nailiyyətlər və perspektivlər barədə fikirlərinizi öyrənmək istərdik.

Bizim bir neçə planımız var. Hər zaman nailiyyətləri artırmaq barədə düşünürük. Artıq sirr deyil ki, Bakıda Vüqar Həşimov Fondunun nəzdində iki şahmat akademiyası fəaliyyət göstərir. Hazırda akademiyada 500-dən artıq şahmatçı təhsil alir. Komandamız bu yaxında Respublika Şahmat Olimpiadasında 12 yaşadək şahmatçıların yarışında bürünc medala sahib oldu. Həmin yarışda 500-dən artıq şahmatçı birincilik uğrunda mübarizə aparırdı. Bizim xeyli sayda birinci dərəcəli sahmatçılarımız var. Qısa müddət ərzində “İdman ustası” adına namizədlərimiz yetişib. Fond respublikada ən tanınmış şahmat ocaqlarından biridir. Akademiyaya peşəkar mütəxəssislər cəlb olunub. Bununla yanaşı, biz digər məsələlər haqqında daim düşünürük. Azərbaycanda şahmatın inkişafına necə köməklik göstərə bilərik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib