ANATOLİ BANİŞEVSKİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TURNİRİN QALİBİ MƏLUM OLMUŞDUR
Fevralın 23-də “Şəfa” stadionunda məşhur futbolçu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, Nizami və Binəqədi bələdiyyələrinin komandaları arasında keçirilmiş final görüşündən əvvəl turnirin iştirakçıları, futbol ictimaiyyətinin nümayəndələri Anatoli Banişevskinin məzarını ziyarət etmişlər.
Final qarşılaşması Nizami bələdiyyəsi komandasının Binəqədi bələdiyyəsi futbolçuları üzərində qələbəsi ilə başa çatmışdır - 3:0. Üçüncü yerə isə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin bələdiyyəsi layiq görülmüşdür.
Qalib və mükafatçılara Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Kəndlər Futbol Federasiyası tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
Binəqədi komandasının heyətində 5 top vuran Elvin Cəfərov yarışın ən məhsuldar futbolçusu seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]