Andrey Sibiqa: Ukrayna özünün hava hücumundan müdafiə sistemini inkişaf etdirməyə başlayıb

Kiyev, 14 aprel, AZƏRTAC
Ukrayna özünün strateji hava hücumundan müdafiə sistemini inkişaf etdirməyə başlayıb. Layihəyə Avropa ölkələri də qoşula bilər.
AZƏRTAC Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında onlayn çıxışı zamanı Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib. O, Ukraynanın öz imkanlarını gücləndirilməsi üçün Avropanın qətiyyətli addımlarının vacibliyini də qeyd edib.
Nazir bu yaxınlarda Krivoy Roq və Sumı şəhərinin faciəli şəkildə atəşə tutulmasını xatırladıb, qeyd edib ki, hücumlar zamanı çoxlu sayda ukraynalı həlak olub.
"Hökumətlərinizi və bələdiyyələrinizi Sumı və Krivoy Roqa, bu şəhərlərdə yaşayan insanlara əlavə dəstək verməyi düşünməyə çağırıram. Bütün Ukrayna buna görə sizə minnətdar olacaq”, -deyə ukraynalı nazir vurğulayıb.
Nazir, ilk növbədə, Ukraynaya hava hücumundan müdafiə sahəsində hərbi yardımı artırmağa, əlavə sistemlər, buraxılış qurğuları, raketlər və ehtiyat hissələri təmin etməyə çağırıb.
Onun sözlərinə görə, Ukraynada özünün strateji səviyyəli hava hücumundan müdafiə sisteminin yaradılması üzrə işlərə başlanılıb. Eyni zamanda, bu proqrama sərmayə qoymaq istəyən Avropa ölkələri onun icrasını sürətləndirə biləcək.
Xarici İşlər Nazirliyinin rəhbəri digər prioritet hərbi ehtiyacları - sursat, uzaqmənzilli raketlər, zirehli texnika, mühəndis texnikası, döyüş təyyarələri, pilotsuz təyyarələri, Ukraynanın müdafiə sənayesinə əlavə investisiyaları da qeyd edib.
Qeyd edək ki, cümə günü, aprelin 4-də Rusiya hərbçiləri Krivoy Roq şəhərindəki uşaq meydançası yaxınlığına kasetli sursatla raket buraxıblar. Bu hücum nəticəsində 9-u uşaq olmaqla 19 nəfər həlak olub.
Dünən Rusiya Silahlı Qüvvələri iki dəfə Sumı şəhərinin mərkəzinə ballistik raketlərlə zərbə endirib. Orada azı 34 nəfər ölüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [17:57]
Əlcəzair Fransaya qarşı yeni tədbirlər görməyi planlaşdırır
- 17.04.2025 [17:43]
Astanada kafedə 20 nəfər zəhərlənib, aralarında uşaqlar da var
- 17.04.2025 [17:19]
Moldova parlamenti seçkilərin sentyabrın 28-də keçirilməsinə səs verib
- 17.04.2025 [16:48]
“Volkswagen” iqtisadi çətinliklərə baxmayaraq istehsalı artırır
- 17.04.2025 [16:07]
Moldovada parlament seçkiləri sentyabrın 28-nə təyin edilib
- 17.04.2025 [15:58]
Belarus dövriyyəyə rəqəmsal rubl buraxmağı planlaşdırır
- 17.04.2025 [15:52]