Ankara böhranların turizmə təsirini azaltmağa çalışır
Ankara, 4 aprel, AZƏRTAC
Türkiyə hökuməti geosiyasi proseslərin xarici ticarət balanslarına mənfi təsirini məhdudlaşdırmaq üçün xidmət sektoru şirkətlərinə böyük maliyyə yardımı paketi ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek bildirib.
O, Nazirlər Kabinetinin iqtisadiyyatın real sektorunu, xüsusən də turizmi dəstəkləməyə sadiq olduğunu bildirib.
“Turizmi dəstəkləmək üçün birbaşa əlavə 60 milyard lirə (1,3 milyard dollardan çox) kredit ayrılacaq. Ümumilikdə, İslam bankçılığı və xidmət ixracı da daxil olmaqla, xidmət sektoruna 120 milyard lirə ayrılıb”, - deyə maliyyə naziri bildirib.
Nazir qeyd edib ki, bu addım inflyasiyaya səbəb olmadan xidmət bazarının daralmasının qarşısını alacaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]