Antverpen limanında balıq konteynerində dörd ton kokain aşkarlanıb
Bakı, 24 aprel, AZƏRTAC
Belçikanın Antverpen limanında balıq konteynerində ümumi dəyəri 200 milyon avro olan dörd tona yaxın kokain aşkarlanıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, polis narkotik maddələrdən başqa, həmçinin üç ədəd “Kalaşnikov” markalı avtomat silah müsadirə edib.
İnsidentlə bağlı Niderlandın 14 vətəndaşı saxlanılıb. Faktla əlaqədar təhqiqat başlayıb.
BMT-nin dəniz daşımalarına nəzarət proqramı müəyyən edib ki, 2019-cu ildə Avropaya göndərilən kokain yükünün yarıya yaxını Antverpen şəhərindən keçir. İl ərzində 77 ton kokain məhz bu limandan digər Avropa şəhərlərinə göndərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]