“Apple” şirkətinin dəyəri 190 milyard dollar ucuzlaşıb
Pekin, 9 sentyabr, AZƏRTAC
ABŞ-nin texnologiya nəhəngi “Apple” kompaniyasının bazar dəyəri iki gün ərzində 190 milyard ABŞ dolları ucuzlaşıb.
AZƏRTAC NHK kanalına istinadla xəbər verir ki, Nyu-York birjasında “Apple” şirkətinin səhmlərinin dəyəri sentyabrın 5-də və 6-da müvafiq olaraq 3,6 və 2,9 faiz ucuzlaşıb. Şirkətin səhmlərinin ucuzlaşması “Wall Street Journal” və digər media orqanlarının Çində dövlət qurumlarının işçilərinə “iPhone” smartfonlarından istifadənin qadağan edilməsi barədə xəbərlər yaymasından sonraya təsadüf edib.
Qeyd edək ki, Çin “Apple” şirkətinin əsas bazarlarından biridir. Şirkətin qlobal satışlarının təxminən 20 faizi Çinin payına düşür.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]