Aprelin 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəyi, əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 4-6°, gündüz 8-13° isti olacaqdır.
Bakıda gecə 4-6°, gündüz 10-12° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütununa bərabər olacaq, nisbi rütubət 80-85 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə 2-7°, gündüz 12-17° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Yağıntıların intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə 2° şaxtadan, 3°-dək isti, gündüz 4-8° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
fasilələrlə yağış yağacağı gözlənilir.
Temperatur gecə 2-6°, gündüz 9-14° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
fasilələrlə yağıntılı olacağı gözlənilir. Yağıntıların arabir intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə 1-5°, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
fasilələrlə yağış yağacağı gözlənilir.
Temperatur gecə 2-7° , gündüz 10-15° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların arabir intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə 2-7°, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacaqdır.