Aprelin 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-7°, gündüz 10-14° isti olacaqdır.
Bakıda gecə 5-7°, gündüz 12-14° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 762 millimetr civə sütununadək aşağı enəcək, nisbi rütubət 70-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2-7° , gündüz 14-19° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 2-7° , gündüz 10-15° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 10-15° isti, dağlarda gecə 0-3° , gündüz 3-6° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-8° , gündüz 10-15° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-8° , gündüz 10-15° isti, dağlarda gecə 0-4° , gündüz 5-10° isti olacaqdır.