Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aqrar sahədə modernləşmə: Dövlət Proqramı Naxçıvan üçün də yeni perspektivlər açır

Naxçıvan, 2 iyun, AZƏRTAC

Cari il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə

dövlətimizin başçısının dərinməzmunlu nitqi bu sahənin ölkə siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiqləyir. Eyni zamanda, son illərdə müşahidə olunan müasir inkişaf perspektivləri yeni yanaşmaların və daha çevik idarəetmə mexanizmlərinin tətbiqini zəruri edir. Bu baxımdan, kənd təsərrüfatının inkişafına dair hazırlanan yeni Dövlət Proqramı ölkənin aqrar siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Proqramının icrası çərçivəsində kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər Naxçıvanda da istehsal imkanlarının genişlənməsinə mühüm təkan verəcək.

Naxçıvanda aqrar sahədə süni intellekt əsaslı həllərin tətbiqinə başlanılması nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Məhəmməd Zeynalov AZƏRTAC-a müsahibəsində bildirib ki, dövlətimizin başçısının kənd təsərrüfatı məsələlərinə dair keçirdiyi müşavirə aqrar sahənin inkişafı baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Müşavirədə və eləcə də, qəbul olunan yeni Dövlət Proqramında əsas diqqət ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, daxili istehsalın artırılması, su ehtiyatlarından səmərəli istifadə və innovativ texnologiyaların tətbiqinə yönəlib. Bu istiqamətlər muxtar respublika üçün də xüsusi aktuallıq kəsb edir və qarşıdakı dövr üçün yeni inkişaf mərhələsinin əsasını formalaşdırır.

O qeyd edib ki, cari ildə muxtar respublikada taxıl sahələrinin 20 min hektara çatdırılması hədəf olaraq müəyyən edilib. Son illər həyata keçirilən meliorasiya tədbirləri, müasir suvarma sistemlərinin tətbiqi, subsidiya mexanizmlərinin genişləndirilməsi və fermerlərə göstərilən dövlət dəstəyi əkin sahələrinin artırılması üçün əlverişli imkanlar yaradıb. Məqsəd yalnız əkin sahələrinin genişləndirilməsi deyil, həm də məhsuldarlığın yüksəldilməsi və daxili bazarın yerli istehsal hesabına daha etibarlı təmin olunmasıdır.

"Müşavirədə xüsusi diqqət çəkən məsələlərdən biri də kənd təsərrüfatında rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi ilə bağlı oldu. Artıq qısa müddət ərzində muxtar respublikada da süni intellekt əsaslı həllərin tətbiqinə başlanılması nəzərdə tutulur. Bu isə aqrar sahədə idarəetmənin daha çevik, dəqiq və səmərəli təşkilinə imkan verəcək. Ümumilikdə həyata keçirilən tədbirlər göstərir ki, qarşıya qoyulan əsas məqsəd yalnız ənənəvi kənd təsərrüfatını inkişaf etdirmək deyil, eyni zamanda, innovativ, rəqabətqabiliyyətli və müasir aqrar sistem formalaşdırmaqdır. Muxtar respublikanın mövcud potensialı, dövlət dəstəyi və tətbiq olunan yeni texnologiyalar yaxın illərdə kənd təsərrüfatının inkişafında daha mühüm nəticələrin əldə olunacağını deməyə əsas verir", - deyə nazirliyin rəsmisi əlavə edib.

Dövlət dəstəyi və düzgün aqrotexniki yanaşma yüksək məhsuldarlığa şərait yaradır

Həm müşavirədə, həm də Dövlət Proqramında xüsusilə taxılçılığın inkişafı və buğda istehsalında idxaldan asılılığın azaldılması məsələsi əsas hədəflərdən biri kimi önə çəkilib. Bu strateji xətt ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Məhz bu kontekstdə Şərur rayonunun Düdəngə kənd sakini Mübariz Şirəliyevin təsərrüfat fəaliyyəti diqqət çəkir. O, uzun illərin təcrübəsinə əsaslanaraq torpağa bağlılıq və düzgün aqrotexniki yanaşma sayəsində yüksək nəticələr əldə edən fermerlərdəndir. Ötən il 150 tondan artıq taxıl istehsal edən təsərrüfatçı cari ildə 23 hektar sahədə əkin aparıb və yüksək məhsul əldə edəcəyinə inanır.

Fermer bildirib ki, əkinçilik digər sahələr kimi təcrübə və bilik tələb edir: "Torpağın xüsusiyyətlərini düzgün anlamaq və aqrotexniki qaydalara riayət etmək məhsuldarlığın əsas şərtlərindəndir. Xüsusilə suvarmanın vaxtında və normasında aparılması məhsulun keyfiyyətinə birbaşa təsir göstərir. Taxılçılıqda yüksək məhsuldarlığın əldə olunması üçün növbəli əkin sistemi mühüm əhəmiyyət daşıyır. Bu yanaşma həm alaq otlarının yayılmasının qarşısını alır, həm də bitkilərin daha sağlam inkişafına şərait yaradır. Eyni zamanda, gübrələmənin düzgün aparılması və alaq otlarına qarşı mübarizə məhsuldarlığın artırılmasında əsas amillərdəndir. Onu da vurğulamaq yerinə düşər ki, dövlət tərəfindən göstərilən dəstək, xüsusilə subsidiyalar və gübrə təminatı təsərrüfatların genişlənməsinə stimul verir və aqrar sahədə ümumi inkişafı sürətləndirir".

Mübariz Şirəliyevin sözlərinə görə, müasir kənd təsərrüfatı artıq yalnız fiziki əmək deyil, həm də bilik, planlaşdırma və düzgün idarəetmə tələb edən sahəyə çevrilib. Bu səbəbdən aqrotexniki yanaşmaların tətbiqi kənd təsərrüfatında uğurun əsas şərtlərindən biridir.

Təsərrüfatçı taxılçılıqla yanaşı, toxumçuluq fəaliyyəti ilə də məşğuldur. O, eyni zamanda, 16 hektar ərazidə şaftalı, ərik və gavalı bağları salıb. Bağın 1,2 hektarı intensiv üsulla qurulub və növbəti illərdə qalan sahələrin də mərhələli şəkildə intensiv formata keçirilməsi nəzərdə tutulur. Suvarmada isə əsasən müasir damcı üsulundan istifadə olunur ki, bu da suya qənaətlə yanaşı, məhsuldarlığın artırılmasına imkan verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahədə həyata keçirilən dövlət siyasəti və 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan yeni hədəflər regionlarda, o cümlədən Naxçıvanda kənd təsərrüfatının inkişafına ciddi təkan verəcək. Müasir suvarma sistemlərinin genişləndirilməsi, subsidiyalar və infrastruktur layihələri istehsal imkanlarını artırmaqla yanaşı, fermerlərin fəaliyyətini stimullaşdırır. Düdəngə kənd sakini Mübariz Şirəliyevin təsərrüfatında əldə olunan nəticələr də göstərir ki, dövlət dəstəyi ilə aqrotexniki bilik və təcrübənin vəhdəti yüksək məhsuldarlığın əsas şərtidir. Bu yanaşma ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və aqrar sektorun dayanıqlı inkişafına xidmət edir.

Müxbir - Nail Əsgərov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO