AQTA və Birləşmiş Ərəb Əmirliklərinin mütəxəssisləri əməkdaşlıq layihələrini müzakirə ediblər
Bakı, 10 mart, AZƏRTAC
Qida təhlükəsizliyi Agentliyi (AQTA) ilə Birləşmiş Ərəb Əmirlikləri İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə bitki sağlamlığı və karantini, qida təhlükəsizliyi və baytarlıq sahələrində iki ölkə arasında imzalanması nəzərdə tutulan müvafiq sazişlərin layihələri müzakirə olunub.
Videokonfrans formatında keçirilən görüşdə tərəflər arasında heyvan və bitki sağlamlığı da daxil olmaqla qida məhsullarının idxal-ixracı sahəsində əməliyyatları asanlaşdırmaq məqsədilə fitosanitar, baytarlıq, qida təhlükəsizliyi sertifikatlarının qarşılıqlı tanınması, risklərin qiymətləndirilməsi ilə bağlı fəaliyyətlərin monitorinqinə dair fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]