ARALIQ DƏNİZİ TROPİK HEYVANAT ALƏMİ OLAN SUTUTARA ÇEVRİLİR
İnstitutda belə hesab edirlər ki, bu canlılar Aralıq dənizinə Atlantik okeanından başlanan axınla Cəbbəlütariq boğazı vasitəsilə gəlir. Özü də son illər bioloji növlərin immiqrasiyası güclənmişdir. Bu, Aralıq dənizində temperaturun orta hesabla 1,5 dərəcə artması ilə izah olunur. 1904-cü ildən bəri Aralıq dənizinə Qırmızı dənizdən, ümumən 59 növ balıq və
molyusk köç etmişdir.
Tanış olmayan balıqlarla tez-tez rastlaşan balıqçılar alimlərə qiymətli material verirlər. Belə ki, onların torlarına sardina və kefal balıqları əvəzinə, tropik dənizlərin tutuquşu balıq, yelkən balıq, kürə balıq kimi Aralıq dənizinə xas olmayan “sakinləri” düşür.