Azərbaycan Dövlət İnformasiya Agentliyi

ARAZ AĞALAROV: AZƏRBAYCANIN GƏLƏCƏYİNƏ NİKBİNLİKLƏ BAXIRAM

Dünya azərbaycanlılarının II qurultayı bir çox yaxın və uzaq xarici ölkələrdəki diaspor təşkilatlarımızın nümayəndələrini respublikamızın paytaxtına dəvət edir. Şübhəsiz, qonaqların hər birini bakılılar özlərinə xas olan səmimilik və mehmannəvazlıqla qarşılayacaqlar. Vətənə xoş gəlmisiniz! Bu sözlər doğma torpaqdan uzaqlarda yaşayan, lakin onunla əlaqələri itirməyən insanların qəlbində həmişə dərin əks-səda doğurur.

Qurultayda Rusiyada yaşayan həmvətənlərimizin böyük bir qrupu da iştirak edəcəkdir. Onlardan biri öz fəaliyyəti ilə rusiyalılara yaxşı tanış olan moskvalı sahibkar Araz İsgəndər oğlu Ağalarovdur. O, “Krokus intənəşnl” Səhmdar Cəmiyyətinin prezidenti, Moskva Beynəlxalq Biznes Assosiasiyasının vitse-prezidenti, Beynəlxalq İnformatika Akademiyasının həqiqi üzvü, “Biznes i vıstavki” jurnalının baş redaktoru, Rusiyanın bazar iqtisadiyyatından bəhs edən və mütəxəssislərdə böyük maraq doğuran kitabların müəllifi və nəhayət, iqtisad elmləri namizədidir. O, praktik, iqtisadi fəaliyyətin yeni formalarının şahidi və iştirakçısı kimi bu yeniliyin təsirini öz üzərində, müəssisəsinin taleyində və nəzərdə tutduğu işlərdə bilavasitə hiss etmiş, nyu-yorklu akademik V.L.Kvintin təbirincə desək, əvvəllər heç kəsin etmədiyini gerçəkləşdirməyə, əvvəllər heç kəsin yaşamadığı şəraiti yaratmağa çalışan adamlardan biridir.

Biz Araz Ağalarovdan Rusiyada Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı bir sıra məsələlər barədə fikirlərini bölüşməyi xahiş etdik.

- Rusiyada məskən salmış azərbaycanlıların bir çoxu artıq bu ölkənin vətəndaşlarıdır. Siz bu ölkənin hərtərəfli inkişafında, Azərbaycanla Rusiya arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsində onların rolunu necə görürsünüz?

- Mən bu suala bir qədər geniş mənada yanaşıb, təkcə etnik azərbaycanlılardan deyil, həm də digər xalqların təmsilçilərindən olan həmvətənlərimizdən - bütün dövrlərdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin böyük bir ailə kimi yaşadığı Azərbaycanı öz tarixi vətəni hesab edən insanlar barədə də danışmaq istərdim. Taleyin hökmü ilə Vətənimizin hüdudlarından kənarda yaşayan bizlər, yəqin ki, bir nəcib məqsədə xidmət etməli, yurdumuz Azərbaycanı Rusiyanın bütün guşələrində daha mütəşəkkil və daha ləyaqətlə təmsil etməyə çalışmalıyıq. Qabiliyyətimizi, istedad və bacarığımızı bizi qəbul edən ölkənin rifahına yönəltməli, onun iqtisadiyyatının, elm və mədəniyyətinin, habelə sahibkarlığın inkişafına öz töhfəmizi verməliyik. Ədalət naminə deməliyəm ki, həmvətənlərimizin böyük əksəriyyəti bu vəzifənin öhdəsindən bacarıqla gəlir.

Zənnimcə, bunda xalqımızın dahi lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan və Vətənimizin, həmvətənlərimizin rifahına yönəldilmiş siyasətin formalaşdırılmasına kömək edəcək təsirli lobbimizin yaranmasının əsasını təşkil edə biləcək nüfuzlu Azərbaycan diasporunun yaradılmasını nəzərdə tutan Ümumrusiya Azərbaycan Konqresinin böyük rolu var.

Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi, mədəni və sair əlaqələrin inkişafına və möhkəmləndirilməsinə, birgə iri iqtisadi və sosial layihələrin gerçəkləşdirilməsinə yardım göstərilməsinə gəldikdə isə vurğulamaq istəyirəm ki, həmvətənlərimiz Azərbaycanda baş verən ictimai-iqtisadi proseslərə yaxından maraq göstərir, tarixi Vətənimizin iqtisadi baxımdan yeniləşməsinə öz töhfələrini verməyi ürəkdən istəyirlər. ÜAK nəzdində yaradılan İqtisadi İnkişaf Fondu da bu məqsədə xidmət edir. Müəyyən mənada bu təşəbbüs dünyanı bürüyən inteqrasiya prosesi, qüvvələrin və imkanların birləşməsi ilə səciyyələnən zamanın hökmü ilə irəli sürülmüşdür. Məlumdur ki, əl-ələ verərək problemləri həll etmək, maneələri aradan qaldırmaq daha asan olur.

- Bir halda ki, söhbət iqtisadi məsələlərdən düşdü, gündəlik həyatında nəzəriyyəni təcrübə ilə birləşdirməyə çalışan tədbirli və işgüzar adam kimi, - gərək ki, Amerika alimi sizi məhz belə səciyyələndirmişdir, - sizin fikrinizcə, azad bazar iqtisadiyyatı quran Azərbaycan bu gün kənardan necə görünür?

- Vətənimiz Azərbaycanın bu istiqamətdə götürdüyü xəttin uğurlu olduğunu vurğulamaq mənim üçün xoşdur. Azərbaycan liderlik edir, özü də təkcə öz regionunda yox. Biz bununla fəxr edirik. Rəqəmləri gətirməyəcəyəm, onlar məlumdur. Azərbaycan həm ümumi daxili məhsul, həm sənaye məhsulu istehsalına, həm iqtisadiyyatına sərmayələr yatırılmasına və həm də bir sıra başqa göstəricilərə görə bir çox ölkələri qabaqlayır. Vergi və gömrük sistemləri təkmilləşdirilir, sərmayədarların həvəsləndirilməsi məsələləri həll olunur, sərmayə mühiti getdikcə daha da yaxşılaşır, - bu isə məlumdur ki, kapitalın artmasına təminat verir, - yeni mütərəqqi qanunlar qəbul edilir, çoxlu başqa işlər görülür. Bütün bu işlər yeganə əsas məqsəd - adamların rifahını yüksəltmək, onların həyatını firavan və gözəl etmək naminə görülür.

Yadınızdadırsa, ümumi Vətənimizdə bütün sahələrdə müşahidə olunan tərəqqini Azərbaycanda Rusiya İlinin açılışında iştirak etmək üçün Bakıya səfər edən Prezident Vladimir Putin də vurğulamışdı.

Təbii ki, yanlışlıqlar, hətta bəzi səhvlər də olur. İnkişaf yolunda bunlarla hamı qarşılaşır. Xoşbəxtlikdən, bu, Azərbaycanda xroniki hal almır, çünki onu operativ və əsaslı surətdə aradan qaldırmaq üçün inadlı səylər göstərilir.

Bir sözlə, mən bizim ümumi Vətənimizin gələcəyinə nikbinliklə baxıram.

- Dünya Azərbaycanlılarının II qurultayının iştirakçılarına nə arzulayardınız?

- Adətən, hamıya, ilk növbədə, sağlamlıq və əmin-amanlıq arzulayırlar. Elə mən də qurultayın bütün iştirakçılarına bunu diləyirəm. Madam ki, gözəl Bakıda bütün dünyadan olan həmvətənlərimiz toplaşırlar, mən onların hamısını və hər birini ayrı-ayrılıqda özlərinin uzaq və yaxın tarixi Vətənini unutmamağa, onu bütün işlərdə dəstəkləməyə, imkan daxilində ona xidmət etməyə çağırmaq istərdim.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH