“Araz-Naxçıvan” futzal komandasının baş məşqçisi: Çempionlar Liqasında hədəfimiz yüksəkdir
Bakı, 4 iyul, AZƏRTAC
“Araz-Naxçıvan” futzal komandasının baş məşqçisi Yevgeni Kukseviç UEFA Çempionlar Liqasının püşkatmasına münasibət bildirib.
Rusiyalı mütəxəssis AZƏRTAC-a açıqlamasında komandasının turnirdə layiqincə çıxış edəcəyinə inandığını bildirib: “Hazırda komandanı formalaşdırırıq. Yeni mövsüm üçün yaxşı heyət qurmaq istəyirik. Çempionlar Liqasında hədəfimiz yüksəkdir”.
Çalışdırıcı rəqibləri ciddi şəkildə təhlil edəcəklərini söyləyib: “Bütün komandalara hörmətlə yanaşırıq. Onların oyunlarına ayrı-ayrılıqda baxacağıq. Biz öz gücümüzə və imkanlarımıza uyğun hərəkət edəcəyik. Azərbaycanı Avropada layiqincə təmsil etmək istəyirik”.
Qeyd edək ki, “Araz-Naxçıvan” F qrupunda “Ljuti Krajişniç” (Avstriya), “PYF Saltires” (Şotlandiya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]
Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək
- 09.06.2026 [15:58]
Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb
- 09.06.2026 [15:54]