Arda Turan futboldan ayrıldığını açıqlayıb
İstanbul, 12 sentyabr, AZƏRTAC
Məşhur türk futbolçu Arda Turan futboldan ayrıldığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, son olaraq Türkiyənin “Qalatasaray” komandasında forma geyinən 35 yaşlı idmançı yutub kanalında yayımlanan klipi ilə “Artıq butsları asma vaxtıdır” deyib.
Klipində “Sizə bir sirr verərək başlamaq istəyirəm. İnanmayacaqsınız, amma mən çox yaxşı frikik oyunçusu idim. İndiyə qədər bunu heç kimdən eşitməməyiniz normaldır. Amma mənim hekayəm belə başladı.
Artıq göz yaşları içində, lakin cəsarətlə butsları asmaq vaxtıdır. Bütün yolum boyu əlimdən gələni etməyə çalışdım. Məncə heç də pis alınmadı. Yenidən hazıram. Futbolun içində, sahə kənarında yenidən görüşənə qədər”, - deyən Arda Turanın karyerasını “Qalatasaray”da davam etdirəcəyi və idman direktoru Cenk Ergünün köməkçisi olacağı ilə bağlı məlumatlar gündəmə gəlib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]