Argentina millisinin futbolçusu 100 milyon avro maaşdan imtina edib
Bakı, 12 avqust, AZƏRTAC
Argentina millisinin və İtaliyanın “Roma” komandasının futbolçusu Paulo Dibala Səudiyyə Ərəbistanından gələn təklifdən imtina edib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin “Əl-Kadisiya” klubu 31 yaşlı yarımmüdafiəçini transfer etmək istəsə də, qarşı tərəfdən müsbət cavab almayıb. Oyunçu titullar qazanmaq niyyətində olduğu üçün “canavarlar”da qalmağı üstün tutub.
İddiaya görə, “Əl-Kadisiya” P. Dibalaya 4 ili üçün ümumilikdə 100 milyon avro maaş verməyi təklif edib.
Qeyd edək ki, Paulo Dibalanın “Roma” komandası ilə müqaviləsi gələn ilin yayında başa çatır. “Transfermarkt” portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]