Argentinanın cənubunda fırtına nəticəsində ölənlərin sayı 16-ya çatıb
Bakı, 10 mart, AZƏRTAC
Argentinanın cənubundakı Bahia Blanka liman şəhərində baş vermiş güclü qasırğa nəticəsində ölənlərin sayı 16-ya çatıb.
AZƏRTAC xəbər verir ki, şəhər meri meteoroloji hadisənin böyüklüyünə görə ölənlərin sayının artacağını söyləyib. Yerli sakinlərə evdə qalmaları üçün xəbərdarlıq edilib.
Bahia Blanka bələdiyyəsindən verilən məlumata görə, hal-hazıradək 1450 nəfər təxliyə edilib, daha 100 nəfər isə itkin düşüb. Argentina hökuməti müdafiə və təhlükəsizlik nazirliklərinin iştirakı ilə yardım və təxliyə əməliyyatı təşkil edib.
Rəsmi məlumatlara görə, hazırkı yağıntı 1933-cü ilin martında müəyyən edilmiş rekordu yeniləyərək, şəhər tarixində ən şiddətli yağış kimi qeydiyyata düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]