Azərbaycan Dövlət İnformasiya Agentliyi

ARTIQ DÜNYA İCTİMAİYYƏTİ AZƏRBAYCANIN HAQQ İŞİNİ GÖRÜR, QİYMƏTLƏNDİRİR VƏ MÜDAFİƏ EDİR

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Ermənistanın təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin 10 ildən çoxdur ki, işğal altında qaldığını, 1 milyondan çox qaçqın və məcburi köçkünün ağır şəraitdə yaşamasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün məqsədyönlü iş aparır. Səfirliyin bu sahədəki səyləri martın 17-də Britaniya Parlamentinin Lordlar Palatasında 3 nömrəli komitənin iclas otağında Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan amillər mövzusunda ictimai yığıncaq formasında tədbirin keçirilməsi ilə nəticələnmişdir. 

Səfirlikdən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Azərbaycanın bu ölkədəki diplomatik missiyasının təşəbbüsü ilə keçən ilin may ayında Britaniya Parlamenti nümayəndə heyətinin tərkibində Bakıya səfər etmiş Lordlar Palatasının üzvü Lord Əhmədin təşəbbüsü və təşkilatçılığı, habelə Britaniyada fəaliyyət göstərən “Vətən” cəmiyyətinin sədri Murad Həsənlinin sədrliyi ilə keçirilən tədbirdə 50-dən çox dinləyici iştirak etmişdir. ABŞ-ın Harvard Universitetində fəaliyyət göstərən Xəzər Tədqiqatlar Mərkəzinin tədqiqatlar direktoru Brenda Şaffer və britaniyalı alim, qaçqınlar üzrə mütəxəssis Devid Barçard tədbirə toplaşanlar qarşısında çıxış etmiş, onların suallarını cavablandırmışlar. Tədbirdə Baronessa Kerolayn Koks, Londonda nəşr olunan “Diplomat” jurnalının baş redaktoru Elizabet Styuart, Ermənistanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşı Qadik Ovanesyan, Britaniyanın xarici işlər nazirliyinin, bu ölkədəki Azərbaycan və erməni diasporlarının nümayəndələri iştirak edirdilər.

Tədbirdə əvvəlcə Brenda Şaffer çıxış etmişdir. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasının vacibliyini vurğulamış, problemin tarixi barədə qısa məlumat vermişdir. Natiq demişdir ki, münaqişə Azərbaycanda 1 milyondan çox, Ermənistanda isə 300 min nəfər qaçqın və məcburi köçkün ordusunun yaranmasına səbəb olmuşdur. Ermənistan təkcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini deyil, onunla həmsərhəd olan digər rayonlarını da işğal etmişdir. Bu ərazilərdəki sənaye obyektləri, kəndlər və şəhərlər, kommunikasiya qovşaqları, maddi mədəniyyət abidələri dağıdılmışdır. Təəssüf ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması prosesinin zəif getdiyinə indinin özündə də biganədir. Problemin həllində qətiyyət nümayiş etdirmək əvəzinə, münaqişənin aradan qaldırılması işini bir-birinin üzərinə atmaqla kifayənlənən BMT və ATƏT-in mövqeyinə heç cür bəraət qazandırmaq olmaz. Çünki “Nə sülh, nə də müharibə” şəraiti perspektiv üçün yaxşı heç nə vəd etmir. Öz vətənində çox ağır şəraitdə yaşayan 1 milyondan artıq azərbaycanlı qaçqın arasında münaqişənin müharibə yolu ilə həllini istəyənlərin də çox olduğunun canlı şahidiyəm.

Münaqişə hər iki ölkənin inkişafını, onların Avroya daha sürətlə inteqrasiyasını əngəlləyən başlıca amildir. Bəzi qüvvələr işğalçı Ermənistanı ictimai fikrə qalib tərəf kimi sırımağa çalışırlar.

Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistan bölgədə həyata keçirilən qlobal neft və qaz layihələrindən kənarda qalmışdır ki, bu da onun iqtisadi cəhətdən zəifləməsinə gətirib çıxarmışdır.

Natiq bir sıra əcnəbi jurnalistlərin Dağlıq Qarabağ münaqişəsini xristian Ermənistanla müsəlman Azərbaycan arasında münaqişə kimi qiymətləndirmələrinin yanlış fikir olduğunu diqqətə çatdıraraq, Qafqaz xalqlarının həmişə bir yerdə yaşayaraq, bir-birinin adət-ənənələrinə hörmət etdiklərini və bu məsələdə dözümlü olduqlarını bildirmişdir. Münaqişənin uzanmasında maraqlı qüvvələrin olduğunu söyləyən B.Şaffer demişdir ki, əslində Dağlıq Qarabağ probleminin həllinə Rusiya və İran daha çox əngəl törədirlər. Belə qüvvələr Dağlıq Qarabağın erməni icmasının da danışıqlar prosesində iştirakını vacib sayırlar. Əgər belə olarsa, danışıqlar prosesində Dağlıq Qarabağın azərbaycanlı icmasının da iştirakı labüddür. Əslində icmaların danışıqlar prosesinə qatılması heç nəyi həll etməyəcəkdir. Zənnimcə, bu amilin ortaya atılması münaqişənin onsuz da həddən çox dolaşdırılmış kələfinə daha bir düyün vurmaq istəyənlərin taktiki gedişidir. Bunu birinci növbədə Ermənistan liderləri, bu ölkənin məhrumiyyətlərə düçar olmuş xalqı dərk etməlidirlər.

Müharibənin vurduğu irimiqyaslı ziyana baxmayaraq, zəngin neft və qaz ehtiyatlarına, digər qiymətli təbii sərvətlərə malik olan Azərbaycan Qafqaz ölkələri arasında daha çox inkişaf sürətinə malikdir, əhalisinin rifahı ildən-ilə daha da yaxşılaşır. Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını nə qədər tez tərk edərsə onun tənəzzüldən qurtarması bir o qədər tez baş verə bilər.

Azərbaycan və Ermənistan sərhədlərində, habelə Dağlıq Qarabağda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinin məqsədəuyğun olmadığını bildirən natiq demişdir ki, iki ölkə prezidentlərinin təkbətək danışıqları ATƏT-in Minsk qrupunun fəaliyyətindən daha faydalıdır. Təbiidir ki, tərəflər güzəştə getməlidirlər. Bu güzəşt Ermənistan üçün Azərbaycan torpaqlarını qeyd-şərtsiz işğaldan azad etməsi olmalıdır.

Tədbirdə çıxış edən Britaniyalı alim D.Barçard da münaqişənin həllinin ləngiməsində Ermənistanın günahkar olduğunu bildirmiş, dünya dövlətlərini problemə ikili standartlarla yanaşmaq meylindən çəkinməyə çağırmışdır. Natiq demişdir ki, dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ uzun müddət məsələyə məhz ikili standartlar mövqeyindən yanaşmışlar. Ermənistana külli miqdarda yardım göstərən Birləşmiş Ştatlar 907-ci düzəlişlə Azərbaycanı son iki ilə qədər belə yardımdan məhrum etmişdir. Natiq Qərb ölkələrinin siyasətçilərini Dağlıq Qarabağ probleminin həllində ədalətli olmağa çağırmışdır.

Tədbirin axırında hər iki natiq iştirakçıların suallarına cavab vermişdir. Ermənipərəst Baronessa K.Koks yenə də xislətinə sadiq qalaraq lüzumsuz fikirləri ilə tədbir iştirakçılarını hiddətləndirmişdir. O, B.Şafferi faktları təhrif etməkdə təqsirləndirərək, guya Azərbaycanda 1 milyon deyil, daha az qaçqının olduğunu, guya Ermənistanın öz qaçqınlarını rahat mənzillərlə təmin etdiyini, iqtisadi cəhətdən güclü olan Azərbaycanın isə bu sahədə heç bir iş görmədiyini, guya Dağlıq Qarabağın blokadada saxlanıldığını, guya Şuşanın tarixən erməni şəhəri olduğunu, guya Dağlıq Qarabağ münaqişəsinin Sumqayıt və Bakıda erməni qırğınlarının nəticəsində başlandığını iddia etmişdir .

Baronessanın “bu dəlillərini” cəfəngiyat adlandıran B.Şaffer Sumqayıt və Bakı hadisələrinin qabaqcadan hazırlanmış və naməlum qüvvələr tərəfindən törədilmiş epizodik hadisələr olduğunu, Şuşanın təməlinin azərbaycanlı Pənahəli xan tərəfindən qoyulduğunu tarixi faktlarla sübut etmişdir. Natiqin “Ermənistandan və İrandan hər cür dürlü yardımlar alan Dağlıq Qarabağın guya blokadada saxlanmasını siz nəyə əsasən iddia edirsiniz?!” sualından özünü itirən Baronessa K.Koks tədbiri tərk etməklə vəziyyətdən çıxmışdır. Erməni diasporu nümayəndələrinin də bu cür qərəzli və məntiqsiz suallarına tutarlı dəlillərlə cavab verilmişdir.

Belə bir tədbirin keçirilməsi sübut edir ki, artıq dünya ictimaiyyəti Azərbaycanın haqq işini görür, qiymətləndirir və müdafiə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq