“ASCO Arena”da 2008-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli oyun keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Bu gün “ASCO Arena”da 2008-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli oyun keçirilib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, oyunun əsas məqsədi 15 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışına cəlb olunacaq heyətini formalaşdırmaqdır.
Aprelin 21-də “ASCO Arena”da seleksiya xarakterli daha bir oyun keçiriləcək.