Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan müsabiqə davam edir
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan “Ələsgərəm, hər еlmdən halıyam” adlı müsabiqə davam edir.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, iki mərhələdən ibarət müsabiqə respublikada fəaliyyət göstərən orta ixtisas və ali təhsil müəssisələrinin aşıq sənəti (saz) ixtisası üzrə təhsil alan tələbələri arasında keçirilir.
Müraciətlərin son qəbul günü oktyabrın 1-dir. İştirakçılar çıxış proqramları və sənədlərini Mədəniyyət və İncəsənət Universitetinə [email protected] elektron ünvanına göndərməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]