SİYASƏT
AŞPA-NIN DAĞLIQ QARABAĞ ÜZRƏ MƏRUZƏÇİSİNİN REGİONA SƏFƏRİ APRELİN 13-DƏ OLACAQDIR
Avropa Şurası Parlament Assambleyası Siyasi komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi, İngiltərə parlamentinin üzvü Terri Devis aprelin 13-də Bakıya səfər edəcəkdir.
Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr daimi komissiyası sədrinin müavini Gültəkin Hacıyeva AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, səfərdən məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair fikirləri öyrənməklə yanaşı, münaqişənin həlli yollarını araşdırmaqdır. O, Azərbaycanın dövlət başçısı ilə, habelə parlamentdə, siyasi partiyaların liderləri, ictimaiyyətin nümayəndələri və Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ilə görüşlər keçirəcəkdir. Terri Devis Azərbaycandan Ermənistana gedəcəkdir.