AŞPA-nın komitə sədri mülki yaşayış məntəqələrinə raket zərbələrini dayandırmağa çağırış edib
Bakı, 30 oktyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez mülki yaşayış məntəqələrinə raket zərbələrini dayandırmağa çağırış edib. Komitə sədrinin bununla bağlı bəyanatı AŞPA-nın rəsmi saytında yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, “Mülki yaşayış məntəqələrinə raket zərbələri dayandırılmalıdır. Azərbaycanın Bərdə şəhərinə zərbələrin endirilməsi, 21 nəfərin həlak olması fəlakətdir”, - deyən komitə sədri Piyer Alan Fridez münaqişənin humanitar nəticələrindən dərin narahatlığını bildirib. O, vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən diqqətlə izlənilməsi üçün məsələni rəhbərlik etdiyi komitənin gündəliyinə saldığını bildirib.
Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinə 2015-2017-ci illərdə Milli Məclisin Sədri Sahibə Qafarova sədrlik edi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [19:21]
Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb
- 27.08.2026 [00:02]
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Bir xəyalın ardınca BDU-ya
- [14:13]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Norveç kralı vəfat edib
- [11:19]