AŞPA-nın növbəti Büro iclasında distant iclasların prosedurları müzakirə olunacaq
Strasburq, 4 may, AZƏRTAC
AŞPA-nın növbəti Büro iclası mayın 7-də keçiriləcək və distant iclasların aparılma qaydalarına dair memorandum müzakirə ediləcək.
AZƏRTAC xəbər verir ki, Büro iclasında, həmçinin COVID-19 pandemiyası müddətində komitələrin iş prosedurunun dəyişdirilməsinə dair memorandum qəbul edildiyi və komitələrin distant işləyəcəyi diqqətə çatdırılıb.
Bildirilib ki, distant iclaslar zamanı qəbul olunan qərarlar komitə üzvlərinin ən azı üçdəbirinin iştirakı olduqda hüquqi qüvvəyə malik olacaq.
Müəyyən qərarlar klassik və ya distant iclaslar zamanı qəbul edilə biləcək. Memorandumda bir sıra digər qərarlar sadalanaraq, onlarla bağlı komitə üzvləri ilə yazılı məsləhətləşmə aparılacağını və buna dair proseduranın əsas istiqamətləri də müəyyən edilib. Eyni zamanda, qətnamə təkliflərinin də müvəqqəti olaraq elektron vasitələrlə verilməsinə icazə verilib.
Qeyd edək ki, AŞPA-nın yay sessiyasının vaxtı naməlum tarixə qədər təxirə salınıb. Növbəti Büro iclasında yay sessiyasının tarixi ilə bağlı qərar qəbul olunacaq. AŞPA yay sessiyasının qurumun oktyabrda olacaq payız sessiyasından əvvəl keçiriləcəyi qeyd edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]