Aşqabadda Azərbaycan ilə Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilmişdir
Aşqabad, 19 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşmüşdür.
R.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmışdır.
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə səmimi salamlarına görə təşəkkür etmiş və iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daimi olacağını bildirmişdir.
Görüşdə iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Türkmənistana səfəri çərçivəsində ARDNŞ-nin prezidenti bu ölkənin xarici işlər naziri Rəşid Meredov ilə də görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafı, neft-qaz sahəsində əməkdaşlıq, Türkmənistan ilə Azərbaycanın siyasi və iqtisadi münasibətlərinin möhkəmlənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşlərdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə də iştirak etmişdir.
İlahə Əhmədova
AZƏRTAC-ın müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]