Astanada Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar səsvermə başlayıb
Astana, 11 aprel, AZƏRTAC
Aprelin 11-də yerli vaxtla səhər 08:00-da Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycanın bu ölkədəki səfirliyində yaradılmış seçki məntəqəsində Azərbaycan pezidentinin seçkilərinə start verildi.
Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlərlə təmin edilib, burada səs verəcək seçicilərin siyahısı tərtib olunub, məntəqə seçki komissiyasının bir neçə dəfə iclası keçirilib.
Konsulluq şöbəsində qeydiyyatında olan 620-ə yaxın Azərbaycan vətəndaşı seçkilər barədə məlumatlandırılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]