Astara məktəbliləri narkomaniyanın doğurduğu faciələr barədə məlumatlandırılıblar
Bakı, 12 aprel, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu Astara Rayon İcra Hakimiyyəti ilə birgə 2 nömrəli tam orta məktəbdə “Biz narkotiklərə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasından məlumat verilib.
Tədbirdə rayon icra hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı iştirak ediblər.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilib.
Sonda iştirakçılara Dövlət Komissiyasının işçi qrupu tərəfimdən hazırlannış zəruri təbliğat materialları paylanılıb.