Astara Pedaqoji Kollecinin tələbələri narkotik vasitələrin fəsadları haqqında məlumatlandırılıblar
Bakı, 11 aprel, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sərhədyanı rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəni stimullaşdırmaq məqsədi ilə maarifləndirmə kampaniyasının aparılması” layihəsi çərçivəsində Astara Pedaqoji Kollecində maarifləndirmə tədbiri təşkil edilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları çıxış edərək, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə ətraflı məlumat veriblər.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılara İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı bukletlər paylanıb.