ASTARADA AĞSAQQALLARIN KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının yerləşdiyi binada Astara rayon ağsaqqallarının üçüncü konfransı keçirilmişdir.
Tədbirdə Astara Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyevin hesabat məruzəsi dinlənilmişdir.
Öz ətrafında 2000 nəfər ağsaqqalı birləşdirən şuranın rayon ağsaqqallarının ikinci konfransından ötən 4 il müddətində gördüyü işlər barədə ətraflı məlumat verən məruzəçi, yaşlı nəslin nümayəndələrinin Astaranın ictimai-siyasi və mədəni həyatında fəal iştirak etdiyini bildirmiş, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində onların rolunu yüksək qiymətləndirmişdir.
Hesabat yığıncağında çıxış edənlər görülmüş işlərlə yanaşı, mövcud problemlərlə bağlı təkliflərini söyləmiş, oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərində ağsaqqalların xüsusi fəallıq göstərmələrinin vacibliyini vurğulamışlar.
Konfransda rayon ağsaqqallar şurasının 15 nəfərdən ibarət yeni tərkibi təsdiq edilmişdir. Hamlet Əliyev yenidən şuranın sədri seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]