Astarada çimərlik futbolu üzrə rayon birinciliyi başa çatıb
Astara, 8 avqust, AZƏRTAC
Astara şəhərindəki Dənizkənarı Park Bulvar Kompleksinin çimərlik futbol meydançasında çimərlik futbolu üzrə rayon birinciliyi başa çatıb.
Yarışda şəhər, kənd, qəsəbə və ərazi nümayəndəliklərini təmsil edən 10 komanda 3 yarımqrupda qələbə uğrunda mübarizə aparıb.
Oyunları çimərlik futbolu üzrə FIFA-nın refereləri Əfqan Həmzəyev, Nizami Şərifov və Sədaqət Vəliyeva idarə ediblər.
Yarışda “Veteranlar” komandası birinci, “Relax” komandası ikinci, “Dinamo Astara” komandası üçüncü, “Xəzər” komandası dördüncü yeri tutub.
Qaliblər diplomlar və kuboklarla mükafatlandırılıb.