ASTARADA DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ İLƏ ƏLAQƏDAR TOPLANTI KEÇİRİLMİŞDİR
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Natiq İbadov Dövlət müstəqilliyinin 14-cü ildönümü haqqında məruzə etmişdir.
Rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, mərkəzi rayon xəstəxanasının baş həkimi Malik Məmmədov və başqaları iştirakçıları təbrik etmiş, istiqlalımızın dönməz və əbədi xarakter almasında, dövlətçiliyimizin qorunmasında və ölkəmizin beynəlxalq aləmə inteqrasiya edilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış, respublikamızın iqtisadi, siyasi, sosial və mədəni həyatında baş verən müsbət dəyişiklikləri, qazanılan nailiyyətləri diqqətə çatdırmışlar.