Astarada koronavirusla bağlı yalan məlumatlar yayan şəxs həbs olunub
Astara, 13 aprel, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda bir nəfərin “WhatsApp” vasitəsilə ayır-ayrı şəxslərə koronavirus infeksiyası ilə (COVID-19) bağlı dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar göndərdiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həyata keçirilmiş müvafiq tədbirlərlə həmin məlumatları yayan şəxsin rayonunun Səncərədi kənd sakini Dünyamalı Məmmədov olması müəyyən edilib və o, Astara Rayon Polis Şöbəsinə dəvət olunub.
Aparılmış araşdırmalarla D.Məmmədovun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edilib və o, inzibati qaydada həbs olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:33]
Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb
- 13.10.2026 [14:24]
Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb
- 13.10.2026 [14:08]
Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar
- 13.10.2026 [11:43]
Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb
- 13.10.2026 [11:06]
Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb
- 13.10.2026 [10:17]