REGİONLAR
Astarada toy mərasimi təşkil etmək istəyənlər cərimələniblər
Astara, 7 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları sözügedən ünvana gələrək toy mərasimini dayandırıblar. Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, Astara Rayon Polis Şöbəsində saxlanılan şəxslərlə profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejiminin qaydaları onlara izah olunub.
E.Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Xüsusi karantin rejiminin tələblərini pozduqları üçün 7 nəfər barəsində isə protokol tərtib edilib, onlar cərimə olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:45]
Naxçıvan şəhərində evdə yanğın olub
- 30.04.2024 [17:06]
ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir
- 30.04.2024 [16:33]
Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO
- 30.04.2024 [16:32]
Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO
- 30.04.2024 [16:28]
Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib
- 30.04.2024 [15:52]
Lənkəranda baş verən qəzada piyada ölüb
- 30.04.2024 [14:58]