ASTARADA YENİ POÇT BİNALARI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara şəhərinin Səməd Vurğun küçəsində və rayonun Suparıbağ kəndində müasir tipli yeni poçt binalarının açılışı olmuşdur.
Mərasimlərdə rayon poçtamtının rəisi Gülağa Rzayev, icra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Ələkbər Həmzəyev və ictimaiyyətin nümayəndələri çıxış edərək regionların inkişafına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.