Astaradan cəbhə bölgəsinə xeyli sayda avtomobil təkərlərinin şinləri göndərilib
Astara, 25 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Siyakü kəndindəki şəhid Pəcəli Teymurov adına boks məktəbinin direktoru, ehtiyatda olan zabit Eldar Əhədov, Emin Mehrəliyev və hərbi hazırlıq müəllimi Yusif Həbibovun təşkilatçılığı ilə aksiya keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla “Hər şey Vətən üçün!” devizi ilə keçirilən aksiyada kənd sakinləri iştirak ediblər.
Milli Orduya dəstək məqsədilə baş tutan aksiyada 500-ə yaxın avtomobil təkərlərinin şinləri yığılaraq ön cəbhədə xidmət edən əsgərlərimizə göndərilib.