Atçılıq Federasiyası mövsümün son cıdır yarışını keçirib
Bakı, 21 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Atçılıq Federasiyası mövsümün son Cıdır yarışını keçirib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, 3 qaçışdan ibarət cıdırda 3 yaş ingilis atları 2000 metr məsafədə, 4 yaş ingilis atları 2400 metr məsafədə, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları isə 2800 metr məsafədə qrup üzrə güclərini sınayıb.
3 yaş ingilis atlarının qaçışında jokey Əliyev Azər “Prince” ləqəbli atla 3-cü yerin (2:13.434), jokey Rüstəmov Yusif “Atilla” ləqəbli atla 2-ci yerin (2:13.072), jokey Nəzərov Hilal isə “Mavritaniya” ləqəbli atla 1-ci yerin (2:12.786) sahibi olublar.
4 yaş İngilis atlarının yarışında jokey Azayev Səxavət “Royal Miraj” ləqəbli atla 3-cü (2:39.700), jokey Tahirov Rauf “Şəfəqim” ləqəbli atla 2-ci (2:37.682), jokey Əliyev Azər isə “Butsefal” ləqəbli atla isə 1-ci yeri (2:36.521) tutub.
4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının qaçışında jokey Tahirov Rauf “Qaradağ” ləqəbli atla 3-cü yerin (3:45.783), jokey Tahirov Zaur “Qalxan” ləqəbli atla 2-ci yerin (3:45.557), jokey Nəzərov Hilal isə “Dağlar” ləqəbli atla 1-ci yerin (3:45.304) sahibi olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]