ATƏT PA-nın 60-dan çox üzvü Azərbaycandakı seçkiləri müşahidə edəcək
Bakı, 3 fevral, AZƏRTAC
ATƏT-in Parlament Assambleyası (ATƏT PA) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün 60-dan çox müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.
AZƏRTAC secki-2020.az saytına istinadla xəbər verir ki, Azərbaycan Hökumətinin dəvəti əsasında göndəriləcək missiya Bakıda və Azərbaycanın bir neçə bölgəsində seçkiləri müşahidə edəcək.
Ukraynalı deputat Artur Gerasimov ATƏT-in fəaliyyətdə olan sədrliyi tərəfindən təşkilatın qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edilib. ATƏT PA-nın nümayəndə heyətinə isə albaniyalı deputat Elona Hoca-Qjebrea rəhbərlik edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]