ATU-da 68 yaşlı xəstə üzərində onurğa kanalının senozu əməliyyatı aparılıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb əməliyyat uğurla nəticələnib.
Universitetdən AZXƏRTAC-a bildiriblər ki, klinikanın neyrocərrahı, assistent Cəmil İskəndərovun sözlərinə görə, xəstə onurğa kanalının senozu diaqnozu ilə bu tibb müəssisəsinə müraciət edib: “68 yaşlı xəstə onurğa kanalının senozu xəstəliyindən əziyyət çəkir. Ona əməliyyat müdaxiləsi etməli olduq. Senoz əməliyyatının xarakterik xüsusiyyətlərində iki hal nəzərə alınmalıdır. Bunlar sinir elementlərinin maksimal dekompresiyası və onurğa sütununun fiksasiyası. Fiksasiyanı bitirdikdən sonra, sinirlərin dekompresiyası, yəni sıxıntıdan azad olunmasını icra edəcəyik”.
C.İsgəndərovun bildirdiyinə görə, bir saat yarım davam edən əməliyyat uğurla nəticələnib. Hazırda xəstə özünü yaxşı hiss edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]