Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 25 dekabr, AZƏRTAC

Azərbaycan Tibb Universiteti ilə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu arasında rəqəmsal səhiyyə və rəqəmsal tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair memorandum imzalanıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Azərbaycan Tibb Universitetində (ATU) keçirilən görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, eləcə də hər iki qurumu təmsil edən məsul şəxslər, alim və mütəxəssislər iştirak ediblər.

Görüşdə əvvəlcə ATU-nun rektoru professor Gəray Gəraybəyli çıxış edərək son illər dövlət başçısı tərəfindən elm və təhsilin inteqrasiyası istiqamətində mühüm vəzifələrin müəyyənləşdirildiyini, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsinin, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin böyük aktuallıq kəsb etdiyini qeyd edib.

Müasir dövrdə bütün sahələrdə olduğu kimi, tibb təhsili sferasında da informasiya texnologiyalarından, süni intellektdən geniş istifadə olunduğunu söyləyən rektor ATU-nun bu istiqamətdə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəal iştirak etdiyini deyib. Professor G.Gəraybəyli İnformasiya Texnologiyaları İnstitutu ilə qurulan əməkdaşlıq əlaqələrini, həyata keçirilən birgə multidisiplinar tədqiqatları, layihələri yüksək qiymətləndirib. Rektor institut ilə ATU-nun digər kafedraları arasında da əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin gələcəkdə daha səmərəli birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək IV Sənaye İnqilabı və süni intellektin təsiri ilə yaranan qabaqcıl texnologiyaların inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini, Prezident İlham Əliyev tərəfindən 2025-ci ildə bir neçə mühüm strateji sənədin qəbul edildiyini söyləyib. “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın alim və mütəxəssislərin qarşısına mühüm vəzifələr qoyduğunu vurğulayıb: “Həmin sənədlərdə süni intellektin digər sahələrlə yanaşı, səhiyyə sektoruna da ciddi dəyişikliklər gətirəcəyi nəzərə alınaraq, bu sferada elmi tədqiqatların və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir”.

Müasir dövrdə qlobal çağırışlar kontekstində süni intellektin tibdə tətbiqi məsələsinin daha da aktuallaşdığını vurğulayan akademik Rasim Əliquliyev ölkəmizdə tibbi informatika, rəqəmsal səhiyyənin formalaşması sahəsində institusional tədbirlərin görülməsinin vacibliyini önə çəkib.

O, ATU ilə 2016-ci ildə əsası qoyulan əməkdaşlıq əlaqələrinin bu gün də uğurla davam etdirildiyini, bu illər ərzində müxtəlif görüşlərin, birgə konfransların, seminarların keçirildiyini qeyd edib. Akademik İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərinin ATU-nun şəbəkə infrastrukturunun yenidən qurulmasında fəal iştirak etdiklərini, qabaqcıl texnologiyaların tətbiqi ilə rəqəmsal tibbin inkişaf etdirilməsi, səhiyyənin informasiyalaşdırılması və elektron tibb xidmətlərinin keyfiyyətinin artırılması işlərinə dəstək verdiklərini söyləyib.

Alim cari ilin may ayında keçirilən “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransını da xatırladıb. Qeyd edib ki, Azərbaycanda rəqəmsal səhiyyənin formalaşması, generasiya olunan böyük həcmli rəqəmsal səhiyyə və tibb məlumatlarının toplanması, emalı və mübadiləsi kimi bir çox elmtutumlu məsələlərə diqqətin artırılması, rəqəmsal səhiyyənin inkişaf istiqamətləri, problemləri və prioritetlərinin müəyyənləşdirilməsi, eyni zamanda, müvafiq sahədə aparılan tədqiqatların monitorinqinin həyata keçirilməsi bu tədbirin əsas hədəflərindən idi. Konfrans Azərbaycanda rəqəmsal tibbin aktual elmi problemləri və prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm nəticələrlə yadda qalmışdır.

AMEA-nın müxbir üzvü, ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri professor Nuru Bayramov çıxış edərək rəhbərlik etdiyi kafedra ilə İnformasiya Texnologiyaları İnstitutu arasında davam edən səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, tamamlanmış və hazırda davam edən birgə layihələr, aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər haqqında danışıb. Həmçinin I cərrahi xəstəliklər kafedrası və İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən hazırlanan, tələbələr və rezidentlər üçün nəzərdə tutulan “Cərrahi platforma” adlı çoxdilli və çoxfunksiyalı tədris portalı haqqında məlumat verib.

Görüşdə AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova da çıxış edərək institutda ATU-nun I cərrahi xəstəliklər kafedrası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər, aparılan tədqiqatlar haqqında məlumat verib. Alim e-tibdə Big Data və Data Mining texnologiyalarının tətbiqi, tibbi rəqəmsal əkiz modelləri əsasında pasiyentin sağlamlıq vəziyyətinin proqnozlaşdırılması, tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu istiqamətində araşdırmaların aparıldığını, eyni zamanda, qaraciyər xərçənginin erkən diaqnozu üçün intellektual metodların, səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri və praktiki əsaslarının işlənildiyini nəzərə çatdırıb. Hepatosellular karsinomanin mərhələlərinin təyini üçün intellektual sistemin işlənildiyini, bu tədqiqatın nəticələrinə görə Avrasiya patentinin alındığını söyləyib.

Tədbirdə ATU-nun Tibbi və bioloji fizika kafedrasının müdiri dosent İsmayıl Qafarov, İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və institutun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov da çıxış edərək əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifə və prioritetlərdən danışıblar.

Görüşdə, həmçinin ATU-da AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi vasitəsilə GEANT Asossiasiyasının təqdim etdiyi imkanlardan, sürətli internet və qabaqcıl şəbəkə xidmətlərindən istifadənin təmin edilməsi, institutun alim və mütəxəssisləri tərəfindən ATU-nun tələbələrinə elmi-metodiki dəstəyin göstərilməsi, yüksəkixtisaslı kadrların hazırlanması və birgə qrant layihələrinin həyata keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

Sonra Azərbaycan Tibb Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutu arasında rəqəmsal səhiyyə və rəqəmsal tibb sahələrində əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda innovasiyaların, rəqəmsal texnologiyaların, səhiyyə və tibbi fəaliyyətə dair verilənlərin kibertəhlükəsizliyinin və data suverenliyinin təmin edilməsi sahəsində dövlət siyasətindən irəli gələn vəzifələrin icrasına elmi dəstəyin göstərilməsi, tibdə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinə dair birgə elmi tədqiqatların aparılması, qrant layihələrində iştirak, seminar və konfransların təşkili, kadr və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH