Audiovizual Şura iki universal platforma operatorunun lisenziyasını ləğv edib
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
Şuradan AZƏRTAC-a verilən məlumata görə, iclasda "Eurosel" MMC və "Sveet TV Group AZ" MMC-nin fəaliyyət göstərmədiklərinə görə onlara verilmiş universal platforma operatoru lisenziyalarının ləğv olunması ilə bağlı Audiovizual Şuraya müraciətlərinə baxılıb. Qəbul olunmuş qərarlara əsasən hər iki operatorun lisenziyası ləğv olunub.
Həmçinin iclasda "Aznet Technologies" QSC-nin özünün ikinci operator xidmətinə ("Araznet" xidmət adı ilə) universal platforma operatoru lisenziyasının verilməsi üçün Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirələrdən sonra "Aznet Technologies" QSC-yə (xidmət adı "Araznet" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi haqqında müvafiq qərar qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]