Avqust ayında müəllimlərin təkrar sertifikasiyası keçiriləcək
Bakı, 24 iyun, AZƏRTAC
Avqust ayında ötən il sertifikatlaşdırma prosesində uğur qazanmayan müəllimlərin təkrar sertifikasiyasının təşkili nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli Təhsil TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, sertifikatlaşdırma qaydalarına uyğun olaraq tarixlərlə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə bir ay əvvəldən göndəriləcək.
Qeyd edib ki, Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun olaraq sertifikatlaşdırma prosesində ikinci cəhddə də uğur əldə edə bilməyən müəllimlərin müqaviləsinə xitam veriləcək.
“Növbəti illərdə digər fənn müəllimləri də sertifikasiya prosesinə cəlb olunacaqlar. Beş il ərzində bütün fənn müəllimlərinin sertifikatlaşdırmadan keçirilməsi planlaşdırılır”, - deyə Nurlan İsmayılbəyli bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]