“Avro-2023”: Azərbaycan millisi səfərdə Avstriya yığması ilə qarşılaşacaq
Bakı, 10 sentyabr, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, millimiz səfərdə Avstriya yığmasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:25-də başlayacaq.
Hazırda 9 xalla D qrupunda ikinci pillədə yer alan yığmamız final mərhələsinə vəsiqə əldə etmək üçün mütləq qələbə qazanmalıdır. Avstriya seçməsi Azərbaycandan 2 xal geri qalır.
Bakıda keçirilən matçda Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibi 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibliyi edəcəyi “Avro-2023”ün final mərhələsinə yüksələcəklər. D qrupundan Sloveniya artıq vəsiqəni təmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]