İDMAN
AVRO-2024: Türkiyə millisi bu gün final mərhələsinə vəsiqə qazana bilər
![AVRO-2024: Türkiyə millisi bu gün final mərhələsinə vəsiqə qazana bilər](/files/2023/3/1200x630/1697353698651330831_1200x630.jpg)
Bakı, 15 oktyabr, AZƏRTAC
AVRO-2024-ün seçmə mərhələsində bu gün VIII tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma keçiriləcək.
A qrupunda Gürcüstan millisi Kipri, Norveç yığması İspaniyanı qəbul edəcək.
D qrupunda Türkiyə seçməsi bu tur final mərhələsinə vəsiqəni təmin edə bilər. "Ay-ulduzlular" Konyada Latviyanı məğlub etsə, qrupdakı digər matçların nəticəsindən asılı olmayaraq, Avropa çempionatında iştirak hüququ qazanacaq. Bu qrupda, həmçinin Uels-Xorvatiya matçı baş tutacaq.
E qrupunda Çexiya Farer adalarını, Polşa Moldovanı sınağa çəkəcək.
İ qrupunda isə İsveçrə Belarusla, Rumıniya Andorra ilə qarşılaşacaq. Bu qrupun Kosovo-İsrail matçı hərbi vəziyyətlə əlaqədar təxirə salınıb.
AVRO-2024-ün seçmə mərhələsi
VIII tur
15 oktyabr
A qrupu
17:00. Gürcüstan - Kipr
22:45. Norveç - İspaniya
Xal durumu: Şotlandiya - 15 xal (6 oyun), İspaniya - 12 (5), Norveç - 10 (6), Gürcüstan - 4 (5), Kipr - 0 (6)
D qrupu
22:45. Türkiyə - Latviya
22:45. Uels - Xorvatiya
Xal durumu: Türkiyə - 13 (6), Xorvatiya - 10 (5), Ermənistan - 7 (6), Uels - 7 (5), Latviya - 3 (6)
E qrupu
20:00. Çexiya - Farer adaları
22:45. Polşa - Moldova
Xal durumu: Albaniya - 13 (6), Polşa - 9 (6), Çexiya - 8 (5), Moldova - 8 (5), Farer adaları - 1 (6)
İ qrupu
20:00. İsveçrə - Belarus
22:45. Rumıniya - Andorra
Xal durumu: İsveçrə - 14 (6), Rumıniya - 13 (7), İsrail - 11 (6), Kosovo - 7 (7), Belarus - 5 (7), Andorra - 2 (7)
Qeyd edək ki, daha əvvəl Fransa, Belçika və Portuqaliya yığmaları final mərhələsinə vəsiqə əldə ediblər.