AVRO-2024: Türkiyə millisi final mərhələsinə vəsiqə qazanıb
Bakı, 16 oktyabr, AZƏRTAC
AVRO-2024-ün seçmə mərhələsində VIII tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma keçirilib.
A qrupunda Gürcüstan millisi evdə Kipri 4 cavabsız qolla darmadağın edib. Norveç yığması isə öz meydanında İspaniyaya uduzub.
D qrupunda yer alan Türkiyə seçməsi final mərhələsinə vəsiqəni təmin edib. "Ay-ulduzlular" buna Konyada Latviyanı 4:0 hesabı ilə məğlub etməklə nail olub. Meydan sahiblərinin heyətində qolları 58-ci dəqiqədə Yunus Akgün, 83-cü və 90+2-ci dəqiqələrdə Cenk Tosun, 88-ci dəqiqədə Kerem Aktürkoğlu vurub. Qrupun digər matçında Uels evdə Xorvatiyanı üstələyib.
E qrupunda Çexiya Farer adaları üzərində qələbə qazanıb. Polşa millisi isə doğma meydanda Moldovanı uda bilməyib.
İ qrupunda İsveçrə Belarusla məhsuldar heç-heçə edib - 3:3. Rumıniya evdə Andorranı 4:0 hesabı ilə darmadağın edib. Bu qrupun Kosovo - İsrail matçı hərbi vəziyyətlə əlaqədar təxirə salınıb.
AVRO-2024-ün seçmə mərhələsi
VIII tur
15 oktyabr
A qrupu
17:00. Gürcüstan - Kipr - 4:0
22:45. Norveç - İspaniya - 0:1
Xal durumu: İspaniya - 15 (6 oyun), Şotlandiya - 15 xal (6), Norveç - 10 (7), Gürcüstan - 7 (6), Kipr - 0 (7)
D qrupu
22:45. Türkiyə - Latviya - 4:0
22:45. Uels - Xorvatiya - 2:1
Xal durumu: Türkiyə - 16 (7), Uels - 10 (6), Xorvatiya - 10 (6), Ermənistan - 7 (6), Latviya - 3 (7)
E qrupu
20:00. Çexiya - Farer adaları - 1:0
22:45. Polşa - Moldova - 1:1
Xal durumu: Albaniya - 13 (6), Çexiya - 11 (6), Polşa - 10 (7), Moldova - 9 (6), Farer adaları - 1 (7)
İ qrupu
20:00. İsveçrə - Belarus - 3:3
22:45. Rumıniya - Andorra - 4:0
Xal durumu: Rumıniya - 16 (8), İsveçrə - 15 (7), İsrail - 11 (6), Kosovo - 7 (7), Belarus - 6 (8), Andorra - 2 (8)
Qeyd edək ki, daha əvvəl Fransa, Belçika və Portuqaliya yığmaları final mərhələsinə vəsiqə əldə ediblər.