AVRO-2024: Üç ölkənin yığması final mərhələsinə vəsiqəni təmin edə bilər
Bakı, 13 oktyabr, AZƏRTAC
Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII turun növbəti matçları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə yeddi qarşılaşma oynanılacaq.
A qrupunda İrlandiya millisi Yunanıstanı, Niderland yığması Fransanı qəbul edəcək. Fransalılar çətin səfər matçında qələbə qazansalar, final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edəcəklər.
Azərbaycan millisinin yer aldığı F qrupunda da iki görüş olacaq. Canni De Byazinin başçılıq etdiyi komanda səfərdə Estoniya ilə, Belçika isə Avstriya ilə üz-üzə gələcək. Vyanadakı matçda qalib gələn kollektiv Avropa çempionatında iştirak hüququ qazanacaq.
J qrupunda isə üç qarşılaşma keçiriləcək. Qrup lideri Portuqaliya evdə Slovakiyanı məğlub etsə, digər oyunların nəticələrindən asılı olmayaraq, final mərhələsində öz yerini təmin edəcək. Lakin Pireney təmsilçisi xal itirsə, İslandiya - Lüksemburq matçında qonaqların uduzmasını gözləməli olacaq. Qrupun digər oyununda isə Bosniya və Herseqovina səfərdə Lixtenşteynin qonağı olacaq.
AVRO-2024, seçmə mərhələ
VII tur
13 oktyabr
B qrupu
22:45. İrlandiya - Yunanıstan
22:45. Niderland - Fransa
Xal durumu: Fransa - 15 xal (5 oyun), Niderland - 9 (4), Yunanıstan - 9 (5), İrlandiya - 3 (5), Cəbəllütariq - 0 (5)
F qrupu
20:00. Estoniya - Azərbaycan
22:45. Avstriya - Belçika
Xal durumu: Belçika - 13 (5), Avstriya - 13 (5), İsveç - 6 (5), Azərbaycan - 1 (4), Estoniya - 1 (5)
J qrupu
22:45. İslandiya - Lüksemburq
22:45. Portuqaliya - Slovakiya
22:45. Lixtenşteyn - Bosniya və Herseqovina
Xal durumu: Portuqaliya - 18 (6), Slovakiya - 13 (6), Lüksemburq - 10 (6), Bosniya və Herseqovina - 6 (6), İslandiya - 6 (6), Lixtenşteyn - 0 (6)